‘‘Türkiyәnin etibarlı ölkә olmadığını söyləmək Türklәrә tәhqir olar’’

Bu sözlәri İngiltәrәnin Baş naziri David Kameron İngiltərə parlamentinin alt palatasında millət vəkillərinin suallarını cavablandırarkən deyib.

456049
‘‘Türkiyәnin etibarlı  ölkә olmadığını söyləmək Türklәrә tәhqir olar’’

Bu sözlәri İngiltәrәnin Baş naziri David Kameron İngiltərə parlamentinin alt palatasında millət vəkillərinin suallarını cavablandırarkən deyib.

İngiltәrәnin Baş naziri David Kameron: ''Suriyadakı böhrandan qaçan 2.6 milyon qaçqına qapılarını açan Türkiyәnin etibarlı ölkә olmadığını demәyin Türklәrә tәhqir olar'' deyә bildirib.

Kameron bu sözlәri Türkiyə ilə Avropa Birliyi arasında işbirliyinin gücləndirilməsi və miqrant böhranının həlli üçün aparılan danışıqlarda əldə olunan razılaşmayla əlaqədar, İngiltərə parlamentinin alt palatasında millət vəkillərinin suallarını cavablandırarkən deyib.

Beynəlxalq Əfv Təşkilatının açıqladığı "Türkiyənin miqrantlar üçün etibarlı ölkə olmadığı" iddiasının gündəmə gətirilməsi üzərinə Kameron bunu söyləmənin doğru olmayacağını ifadə edib.

Kameron deyib ki, ''Suriyadakı böhrandan qaçan 2.6 milyon qaçqına qapılarını açan Türkiyәnin etibarlı ölkә olmadığını demәyin Türklәrә tәhqir olar''.

Müqavilə çərçivəsində Türkiyəyə veriləcək 3 milyard avroya dair verilən suala David Kameron belə cavab verib: " Bu pul Türkiyədəki suriyalı qaçqınlara xərclənmək üçün göndərilir".



Әlaqәli Xәbәrlәr