BMT-dən Şimali Koreyaya etiraz

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Şimali Koreyanı bölgədəki vəziyyəti gərginləşdirdiyi üçün tənqid edib

453913
BMT-dən Şimali  Koreyaya etiraz

Hər gün regionda vəziyyəti ağırlaşdıran Şimali Koreya son dəfə 800 kilometrlik ballistik raket sınaqdan keçirib. Cənubi Koreya və Amerika Birləşmiş Ştatları isə hər hansı bir təxribata qarşı cavab verməyə hazır olduqlarını bildiriblər.

Ballistik raket sinağının Birləşmiş Millətlər Təşkilatının qərarlarına zidd olduğunu açıqlayan BMT Təhlükəsizlik Şurası hadisəni qətiyyətlə pisləyib.

Qeyd edək ki, Şimali Koreya bundan əvvəl də 500 kilometrlik iki raketi sinaqdan keçirmişdi.



Әlaqәli Xәbәrlәr