“Rusiyanın sözlərini yox, hərəkətlərini qiymǝtlǝndirmǝliyik’’, P.Kuk

Amerika Birləşmiş Ştatları Rusiya əsgərlərinin Suriyadan çıxarılmasını nǝzarǝtdǝ saxladığını bildirib

451796
“Rusiyanın sözlərini yox, hərəkətlərini qiymǝtlǝndirmǝliyik’’, P.Kuk

Ağ Ev rǝsmisi Coş Ernest (Josh Earnest ) keçirdiyi mǝtbuat konfransında Rusiyanın verilǝn qərarı yerinǝ yetirdiyini söyləyib. Rusiya əsgərlərinin bölgǝdǝn çıxarılmasının ölkədəki vətəndaş müharibəsinǝ və bölgədiǝki vǝziyyǝtǝ necə təsir edəcəyi barədə danışmağın hələ tez olduğunu deyib: "Əgər Rusiya qərarın arxasında dayansa, həm Suriya, həm Rusiya, həm də ABŞ üçün yaxşı olar".

ABŞ Dövlət katibi Con Kirbi də keçirdiyi brifinqdǝ Vladimr Putinin verdiyi əmr haqqında bunları söylǝyib: “Bu əmrin tətbiqi və necə yerinǝ yetiriləcəyini gözləyib görmək məcburiyyətindəyik. Rusiyanın bu addımı Suriya münaqişǝsinin həlli istiqamǝtindǝ müsbət adımdır".

Pentaqon sözçüsü Peter Kuk isə bir neçə Rusiya təyyarəsinin Suriyadan geri döndüyünü, ancaq böyük əksəriyyətinin hələ Suriyada olduğunu söyləyib: “Rusiyanın sözlərini yox, hərəkətlərini qiymǝtlǝndirmǝliyik''.



Әlaqәli Xәbәrlәr