Aİ-nin Kənd Təsərrüfatı nazirlərinin iclası fermerlərin etiraz aksiyasına səhnə olub

Avropa İttifaqına üzv ölkәlәrin Kənd Təsərrüfatı nazirlərinin Belçikanın paytaxtı Brüsseldəki iclası fermerlərin etiraz aksiyasına səhnə olub.

451111

Nümayişçilər Aİ Şurası və Komissiyası binalarının yerləşdiyi meydana iribuynuzlu və xırda buynuzlu heyvanlar ilə toyuq gətirərək Aİ-nin kənd təsərrüfatı və heyvandarlıq siyasətinə reaksiya göstərib.

''Schuman'' meydanında toplanan yüzlərlə aksiyaçı ittifaqın kənd təsərrüfatı və heyvandarlıq məhsullarına tətbiq etdiyi qiymət siyasətinə qarşı çıxıb.

Traktorları ilә yolları bağlayan fermerlәr düşәn süd qiymətlərinә reaksiya göstәrib.

Boş bidonları tәbik kimi istifadә edәn aksiyaçılar gәtirdiklәri südlәri binaların üzәrinә fışqırdıblar.

Әlaqәli Xәbәrlәr