"Uçuşa qadağa zonanın tǝtbiq edilmǝsi ehtimal olunur",U.Leyen

Almaniyanın Müdafiǝ naziri Ursula von der Leyen Türkiyǝ-Suriya sǝrhǝdi üzǝrindǝ uçuşa qadağa zonasının tǝtbiq edilmǝsinin ehtimal olunduğunu söylǝyib.

450333

Alman “Der Spigel" jurnalına açıqlama verǝn Müdafiǝ naziri deyib ki, gǝlǝcǝkdǝ humanitar mǝqsǝdli koridorlardan ibarǝt bir modeldǝn başqa şeylǝr düşünülǝ bilǝr. Tǝǝssüf ki, bu ssenarinin reallaşması üçün ABŞ-dan Rusiyaya, Suriyadan Türkiyǝyǝ bölgǝyǝ daxil olan bütün qüvvǝlǝrin tǝsdiqinǝ ehtiyac var. Hal-hazırda ilk hǝdǝf isǝ yardım paketlǝrinin xalqa çatdırıla bilmǝsi üçün humanitar yardım koridorunun tǝhlükǝsizliyinin tǝmin edilmǝsidir.

Almaniya Baş naziri Angela Merkel dǝ keçǝn ay verdiyi açıqlamada qaçqınların tǝhlükǝsizliyi üçün Suriyada uçuşa qadağa zonasının yaradılması fikrini dǝstǝklǝdiyini söylǝmişdi.

Qeyd edǝk ki, Türkiyǝ uzun müddǝtdir Suriyanın şimalında tǝhlükǝsiz zona tǝtbiq edilmǝsini istǝyir.

Әlaqәli Xәbәrlәr