Şimali Koreya bölgǝdǝki gǝrginliyi dǝrinlǝşdirmǝkdǝ davam edir

Şimali Koreyanın rǝhbǝri Kim Yonq Unun orduya tǝlimat verib ki, hǝrbǝ hazır olsunlar. Bu da bölgǝdǝ gǝrginliyin artacağının siqnalıdır.

447797
Şimali Koreya bölgǝdǝki gǝrginliyi dǝrinlǝşdirmǝkdǝ davam edir

Şimali Koreya bölgǝdǝki gǝrginliyi dǝrinlǝşdirmǝkdǝ davam edir.

Keçirdiyi hǝrbi sınaqlar vǝ nüvǝ silahdan istifadǝ edǝcǝyi ilǝ bağlı tǝhdidlǝrdǝn sonra son olaraq Şimali Koreyanın şǝrq sahillǝrindǝn iki qısa mǝnzilli ballistik raket buraxılıb. Atılan raketlǝr 500 kilometr mǝsafǝdǝ dǝnizǝ düşüb.

Şimali Koreyanın rǝhbǝri Kim Yonq Unun orduya tǝlimat verib ki, hǝrbǝ hazır olsunlar. Bu da bölgǝdǝ gǝrginliyin artacağının siqnalıdır.

ABŞ-ın verdiyi açıqlamada isǝ Kim Yonq Unun bu addımı tǝxribatçılıq kimi dǝyǝrlǝndirilǝrǝk tǝnqid edilib.

Qeyd edǝk ki, Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirdiyinǝ dair iddialar, sonra da uzun mǝnzilli raket ilǝ süni peyk fırlatması bölgǝdǝ gǝrginliyǝ gǝtirib çıxarmışdı.

Cǝnubi Koreya başda olmaqla ABŞ vǝ BMT Tǝhlükǝsizlik Şurası da bu addımlardan narahatlıqlarını dilǝ gǝtirmişdilǝr.



Әlaqәli Xәbәrlәr