ABŞ-da sel fəlakəti

ABŞ-ın cənub və mǝrkǝzi ştatlarında həddindən artıq yağışın yağması və fırtınanın baş vermǝsi sǝbǝbindǝn üç adam həyatını itirib, 3 min 500 evin sakini evakuasiya edilib.

448021
ABŞ-da sel fəlakəti

ABŞ-ın cənub və mǝrkǝzi ştatlarında həddindən artıq yağışın yağması və fırtınanın baş vermǝsi sǝbǝbindǝn üç adam həyatını itirib, 3 min 500 evin sakini evakuasiya edilib.

Xüsusilə Texas, Luisiana, Arkansas ştatlarında sel suları səbəbindǝn çaylar daşıb, evlər və müǝssisǝlǝr su altında qalıb.

Sinoptiklǝr bu cür hava şǝraitinin davam edǝcǝyini, güclü yağış və fırtına sǝbǝbindǝn milyonlarla insanın zǝrǝr çǝkǝcǝyini bildirib.

Louisiana ştatının qubernatoru John Bel Edwards bölgǝdǝki vǝziyyǝtlǝ bağlı fövqǝladǝ vǝziyyǝt elan edǝrǝk aidiyyatı qurumları xilasetmǝ işlǝrinǝ cǝlb edib.

Bosse şəhərində ehtiyat tǝdbiri olaraq 3 min 500 evin boşaltdıldığı qeyd edilib.

Güclü yağış sǝbǝbindǝn bölgədə bir çox yolların bağlandığından, səlahiyyətlilər vətəndaşları bu yollardan istifadǝ etmǝmǝyǝ çağırıb.

Sel suları səbəbindǝn indiyǝ qədər üç adam həyatını itirib.

Həddindən artıq yağışlı hava şǝraitinin və fırtınanın cənub və mǝrkǝzi ştatlarda bir müddət davam edǝcǝyi bidirilir.



Әlaqәli Xәbәrlәr