Ərəb Birliyi 4 ölkədəki ofislǝrini bağlayır

Ötǝn gün Ərəb Birliyində daimi üzvlərin iştirakı ilə baş tutan və gecə radǝlǝrinǝ dǝk davam edən iclasda, 4 ölkədəki ofislərin bağlanması ilə əlaqədar qərar layihəsi qəbul edilib.

447340
Ərəb Birliyi 4 ölkədəki ofislǝrini bağlayır

Misir rəsmi xəbər agentliyi MENA-nın mǝlumatına görǝ , Cənubi Sudan, Cənubi Afrika, Malta və Türkiyə ofislərinin bağlanılmasını nǝzǝrdǝ tutan qǝrar layihǝsi qəbul edilib. Agentlik bildirib ki, mövzu xarici işlər nazirləri konfransında müzakirǝ edilǝcǝk. BMT Təhlükəsizlik Şurasının daimi üzvlǝri ABŞ, İngiltərə, Fransa, Rusiya və Çin ofisləri vǝ beynəlxalq təşkilatların yerlǝşdiyi Brüssel, Cenevrə, Vyana və Roma nümayəndəliklərinin fǝaliyyǝti davam edǝcǝk.

Ərəb Birliyinin baş katibinin müavini Əhməd Bin Hillu, mövzu ilə əlaqədar verdiyi açıqlamada bildirib ki, “qərar layihəsi siyasi deyil. 4 ölkədəki ofis qənaət məqsədi ilə bağlanılacaq".



Әlaqәli Xәbәrlәr