“5 milyon dollarlıq “qlobal terrorçular” öldürüldü” deyirlər

Əbu Ömər Əl Şişaninin Suriyaya tǝşkil edilən hücumda hǝlak olduğu iddia edilir

447305
“5 milyon dollarlıq “qlobal terrorçular” öldürüldü” deyirlər

Terror təşkilatı DAEŞ-ın liderlərindən biri olan Əbu Ömər Əl Şişaninin Suriyaya tǝşkil edilən hücumda hǝlak olduğu iddia edilir.

Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyindən adının açıqlanmasını istǝmǝyǝn səlahiyyətli nümayǝndǝ Şişaninin koalisiya qüvvǝlǝri tərəfindən keçən həftə Şəddad yaxınlığında öldürüldüyünü bildirib.

Xǝbǝri dǝqiqlǝşdirmǝyǝ çalışdıqlarını bildirǝn Pentaqon rəsmisi hücumda 12 DEAŞ üzvünün öldürüldüyünü söylǝyib.

Pentaqonun digər rǝsmisi Piter Kuk da mövzu ilǝ bağlı verdiiyi yazılı şərhdə bildirib: "4 martda Şəddad yaxınlığında təşkil edilən, ABŞ-ın hava hücumunda DEAŞ-ın liderlərindən biri olan Əbu Ömər Əl Şişani və “Çeçen Ömər" ləqəbli Tarkan Tayumurazoviç Batiraşvili hədəfǝ alınıb. Gürcüstan vətəndaşı olan Şişani terror qrupunda yüksək səviyyəli hərbi mövqeyə malik idi, hǝmçinin, Rakkadakı Şuraya üzv vǝ hərbi komandir təyin olunmuşdu. Şişaninin ölümü DEAŞ-ın, xüsusən, Çeçenistan və Qafqazdan döyüşçülǝri cǝlb etməkdə böyük rolu var idi. Ölümü bunun qarşısını almaqda tǝsirli olacaq".



Әlaqәli Xәbәrlәr