“Bǝşǝr Əsedsiz Suriya istǝyirik”

“Bǝşǝr Əsedsiz Suriya istǝyirik”. Bunu ABŞ dövlǝt katibinin sözcüsü John Kirby deyib.

445357
“Bǝşǝr Əsedsiz Suriya istǝyirik”

Suriyada qarşıdurmaların sonlandırılmasını nǝzǝrdǝ tutan razılaşmadan sonra ölkənin bütövlüyünü qoruyacaq bir rəhbərliyin iqtidara gəlməsinin lazım olduğunu ifadə edǝn Kirby, “Heç bir qrup üçün yarı avtonom bir bölgə yaranması istəmirik. Əgər mənə kürdlər üçün yarı avtonom bir bölgə istəyib istəmədiyimizi soruşursunuzsa cavabım, 'Xeyr'. Suriyada federal dövlət mövzusundakı fikirimizi dəfələrlə sǝslǝndirdik. Bunu daha bir dǝfǝ təkrar edirǝm" deyǝ vurğulayıb. Suriyada qarşıdurmalar azaldıqdan sonra rejim və müxaliflər arasında diplomatik danışıqların başladığını da ifadǝ edǝn Kirby, “Əsədin Suriyanın gələcəyində yeri yoxdur. Suriyada Əsədin olmadığı bir iqtidar ǝn böyük istǝyimizdir. Bunun üçün ölkǝdǝ seçkilərin necə ediləcəyinə dair danışıqlar aparılır. Uğurlu olunması halında Suriya xalqının ehtiyaclarına cavab verəcək bir hökumətin formalaşacağına inanıram" deyib.



Әlaqәli Xәbәrlәr