İsrail əsgəri fələstinli qadını öldürdü

İsrail əsgərləri fələstinli 34 yaşlı bir qadını silahla vuraraq öldürüb.

444827
İsrail əsgəri fələstinli qadını öldürdü

Hadisə İordan çayının qərb sahillərinin cənubundakı Beytüllahim şəhəri yaxınlığında, yeni yəhudi evlərinə gedən yolda baş verib.

İsrail tərəfi fələstinli qadının maşını İsrail əsgərinin üzərinə sürdüyünü iddia edib.

Digər tərəfdən, İordan çayı qərb sahillərinin Ramallah şəhəri yaxınlığında Ofer həbsxanası qarşısında fələstinlilər nümayişə çıxıb. Nümayişçilər İsrailin ayrı-seçkilik divarı və yəhudi məskunlaşma yerlərinə etirazlarını bildiriblər. İsrail əsgərləri onlara həqiqi və plastik güllələrdən atəş açıb, üzərlərinə gözyaşardıcı qaz sıxıblar. Fələstinli nümayişçilər isə İsrail əsgərlərinə daş ataraq cavab veriblər.



Әlaqәli Xәbәrlәr