İtkin düşən Malaziya təyyarəsi tapıldımı?

Avstraliyaya göndərilən metal parçasının 2014-cü ildə itən Malaziya təyyarəsinə aid olduğu sanılır

444526
İtkin düşən Malaziya təyyarəsi tapıldımı?

Afrika ilə Madaqaskar adasını ayıran Mozambik kanalında olan və araşdırma üçün Avstraliyaya göndərilən metal parçasının 2014-cü ildə Kuala Lumpur-Pekin uçuşu zamanı itən Malaziya təyyarəsinə aid olduğu sanılır.

Malaziya Nəqliyyat naziri Liov Tionq Lai parçanın itən təyyarəyə aid olmasını "yüksək ehtimal" adlandırıb, onu test üçün Avstraliyaya göndərib.

Olan parçanın fotoşəkillərini qiymətləndirən ekspertlər bunun böyük ehtimalla “Boeing 777"ə aid olduğunu deyir.

Parçanın 370 səfər saylı təyyarəyə aid olub-olmadığı malaziyalı, avstraliyalı və amerikalı mütəxəssislərin araşdırmasından sonra yəqinlik əldə edəcək.

Xatırladaq ki, Malaziya Hava Yollarına aid, 12-si ekipaj, 227-si sərnişin olmaqla ümumilikdə 239 nəfəri daşıyan təyyarə ilə 8 mart 2014-cü ildə Kuala Lumpur-Pekin səfəri zamanı əlaqə kəsilmişdi. İtkin düşən təyyarənin axtarışı nəticə verməmişdi.



Әlaqәli Xәbәrlәr