BMT-nin Baş katibi kim olacaq?
Namizədlərin adları
444748

Birləşmiş Millətlər Təşkilatının (BMT) bu ilin sonunda vəzifə müddəti bitəcək 8-ci Baş katibi Ban Ki Munun yerinə keçəcək namizədlərin adları müəyyənləşib.
Seçki prossesi başlayıb və bu günə qədər fərqli ölkələr tərəfindən 7 namizəd göstərilib.
Bu namizədlər
- əvvəllər də BMT Baş Məclisinin sədrliyini icra edən, makedoniyalı siyasətçi Srgjan Kərim,
- Xorvatiya Baş nazir müavini və Xarici İşlər naziri Vesna Pusiç,
- Monteneqro Baş nazir müşaviri və Xarici İşlər naziri İqor Luksiç,
- Sloveniyanın əvvəlki prezidenti Danilo Türk,
- hələ də YUNESKO-nun Baş direktoru olan, bolqar İrina Bokova,
- Moldova Baş nazir müavini və Xarici İşlər naziri Natalya Qerman,
- 2006-2015-ci illər arasında BMT-nin Mühacirlər üzrə Ali komissarı, portuqaliyalı Antonio Quterrişdir.
Namizədlər bu il ilk dəfə olaraq BMT Baş Kabinetində təbliğat çıxışı edəcək və özlərini ifadə etmək şansı qazanacaqlar. Bu çıxışlar 12 apreldən başlanacaq.
Әlaqәli Xәbәrlәr

Pakistanda terror aktı nəticəsində ölənlərin sayı artır
Bəlucistanın Mastunq bölgəsində məscid yaxınlığında insanların toplaşdığı ərazidə bomba işə salınıb.