Şimali Koreyadan BMT tǝhlükǝsizlik şurasına cavab

Cənubi Koreya Müdafiə Nazirliyi: Şimali Koreya dənizə bir neçə "yaxın məsafəli raketlərdən atəş açıb".

443673
Şimali Koreyadan BMT tǝhlükǝsizlik şurasına cavab

Bu, BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı qurumun sanksiyaların sərtləşdirilməsi barədə qətnamə qəbul etməsindən bir neçə saat sonra baş verib.

Qətnamə Koreya Xalq Demokratik Respublikasından bir neçə növ qiymətli metalların idxalına məhdudiyyətlər tətbiq edir, habelə Şimali Koreyadan gələn yüklər yoxlanılacaq.

Bundan başqa, bir neçə Şimali Koreya vətəndaşları və təşkilatları qara siyahıya əlavə olunub.

Cənubi Koreya rəsmisi Yonhap informasiya agentliyinə məlumat verib ki, raketlər şərq sahilindəki Wonsan-dan atılıb.

O bildirib ki, onlar hələ də atılanın nə olduğunu müəyyən etməyə çalışırlar.

Yonhapun sözlǝrinǝ görǝ bütün obyektlər dənizə düşüb.

Şimali Koreya öz nüvə sınaqlarını dayandırmağa imtina edib, fevralın əvvəlində KXDR-ə qarşı sanksiyaların genişləndirilməsi barədə ABŞ konqresində qanun qəbul olunub.

Pxenyan iddia edir ki, onun kosmik proqramı dinc xarakter daşıyır, lakin ABŞ, Yaponiya, Cənubi Koreya və hətta dost Çin hesab edirlər ki, peyklərin buraxılması ölkədəki rejimin ABŞ-ın qərb sahillərinə çata biləcək qitələrarası silahı yaratmaq planını pərdələyir.



Әlaqәli Xәbәrlәr