“Facebook” və “Whatsapp” mesajlarını vermədiyi üçün tutuldu

“Facebook"un Latın Amerikası üzrə sədr köməkçisi Dieqo Dzodan həbs olunub

443021
“Facebook” və “Whatsapp” mesajlarını vermədiyi üçün tutuldu

“Facebook"un Latın Amerikası üzrə sədr köməkçisi Dieqo Dzodan şirkətdən istənilən məlumatları səlahiyyətli nümayəndələrə vermədiyi üçün Braziliyanın paytaxtı Sao Pauloda həbs olunub.

Dzodan haqqında şirkətin 2014-cü ildə satın aldığı “Whatsapp"dan tələb edilən mesajları təslim etmədiyi üçün Serqipe Əyalət Məhkəməsi həbs qərarı verib.

Braziliyalı səlahiyyətlilər sözü gedən mesajların mütəşəkkil cinayət və narkotik ticarətilə bağlı dəlil məlumatlar olduğunu bildiriblər.

Dieqo Dzodan hal-hazırda ev dustağıdır.



Әlaqәli Xәbәrlәr