Fransada qaçqın düşәrgәsindә insident baş verib

Fransanın şimalında yerlәşәn Calais şәhәrindәki qaçqın düşәrgәsinin mәrhәlәli tәxliyyәsi zamanı insident baş verib.

442293
Fransada  qaçqın  düşәrgәsindә insident baş verib

Fransanın şimalında yerlәşәn Calais şәhәrindәki qaçqın düşәrgәsinin mәrhәlәli tәxliyyәsi zamanı insident baş verib. Bir qrup qaçqın Jungle ( vәhşi meşә) olaraq bilinәn qaçqın düşәrgәsinin boşaltılmasına qarşı etiraz aksiyası keçirib. Tәhlükәsizlik qüvvәlәri avtomaqistral yolunu bağlayan qaçqınlara müdaxilә edib. Tәhlükәsizlik qüvvәlәri ilә qaçqınlar arasında qısa müddәtli qarşıdurma olub. Ötәn gün baş verәn hadisәlәrə görə tәxliyyә әmәliyyatları dayandırılmışdı. İngiltәrәyә keçmәk üçün aylarla buradakı düşәrgәdә gözlәyәn miqrantların konteynerlәrә vә Fransanın müxtәlif şәhәrlәrindә yerlәşәn düşәrgәlәrә yerlәşdirilmә әmәliyyatları bu gün davam edәcәk.



Әlaqәli Xәbәrlәr