Avropa tarixinin ən böyük köç axını ilə qarşı-qarşıya qalıb

Köç axınının qarşısını almaq üçün bağlanan sәrhәdlәr yeni problemlәrәrin yaranmasına sәbәb oldu.

441601
Avropa  tarixinin ən böyük köç axını ilə qarşı-qarşıya  qalıb

Köç axınının qarşısını almaq üçün bağlanan sәrhәdlәr yeni problemlәrәrin yaranmasına sәbәb oldu.

Yunanıstanın paytaxtı Afinada qeyri-hökumәt tәşkilatları Avstriya sәfirliyinin qarşısına toplanaraq etiraz aksiyası keçirib vә ''sәrhәdlәri açın'' şüarları sәslәndirib.

Avstriyanın gündә sadәcә 80 nәfәrә ölkәyә daxil olmasına icazә verdiyi bildirilib.

Vyana rәhbәrliyi hәmçinin miqrantların әhәmiyyәtli keçid mәntәqәlәrindәn olan Balkan ölkәlәrinә keçmәyә icazә vermir.

Bu isә başda Yunanıstan olmaqla çox sayda Aİ üzvü ölkәsinin reaksiyasına sәbәb olub.

Yunanıstan vә Mәkedoniya sәrhәdlәrindә baş verәnlәrin sәbәbkarının Avstiya olduğunu söylәyәn Merkel Afina rәhbәrliyi ilә bu mәsәlәni müzakirә etdiklәrini bildirib.

Qeyd edәk ki, hal-hazırda Makedoniya sәrhәdindә 6 min miqrant qapıların açılmasını gözlәyir.

Qaçqınlar sәrhәdin açılması üçün tez-tez aksiyalar keçirir.

Tikanlı mәftillәrә baxmayaraq Makedoniyaya daxil olmaq istәyәn miqrantlara polis qöz yaşardıcı qaz ilә müdaxilә edib.

Pire limanına çatan qaçqınlar isә hәlә dә gözlәyirlәr.

Yunanıstan torpaqlarında әziyyәt çәkәn miqrant sayı isə 20 minə çatıb.

İlkin ehtiyaclar üçün tez-tez könüllülərə yardım çağırışı edilir.

Kanadanın gündəmində isә 25 min Suriyalı miqrantı qəbul etmәk var.

Kanadanın Baş naziri Justin Trudeau 2015-ci ilin sonunadәk Livan, İordaniya vә Türkiyәdәn 25 min qaçqını qәbul edәcәklәrini açıqlamışdi. Ancaq hәlә ki, ölkә bu sayda miqrantı qәbut etmәyib.

Ancaq Kanadalı rəsmilər proses ağır irәrilәsә dә suriyalıların ölkəyə gəlməyə davam edəcəklərini bildirib.

Qeyd edәk ki, Fransanın şimalındakı Calais düşәrgәsinә dә onlarla polis göndәrilib.

Fransa rəsmiləri düşərgə yaşayan miqrantlara yaxınlardakı konteynerlərə ya da ölkədəki digər düşərgələrə yerləşmələrini təklif edir.



Әlaqәli Xәbәrlәr