ABŞ-da seçki yarışı davam edir

ABŞ-da cari il keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi üçün ilkin seçki prosesi davam edir.

440734
ABŞ-da seçki yarışı davam edir

Cənubi Karolina ştatında keçirilən praymerizdə demokratlar daxilində ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton zəfər qazanıb.

Məlumata görə, Nyu-Qempşir ştatında baş tutan praymerizdə Demokratlar partiyasının digər üzvü Berni Sanders lider olub.

Qeyd edək ki, Hillari Klinton bu vaxtadək keçirilən dörd praymerizdən üçündə qələbə qazanıb.

Bundan əvvəl respublikaçı Donald Tramp Nevadada keçirilən praymerizdə zəfər qazanıb.


Etiketlәr: #Hillari Klinton , #ABŞ

Әlaqәli Xәbәrlәr