Hәbsxanada baş vermiş qiyam nәticәsindә 11 nәfәr öldü

Papua Yeni Qvineyanın Laya şəhərində hәbsxanada baş vermiş qiyam nәticәsindә 11 mәhbus hәyatını itirib.

440177
Hәbsxanada baş vermiş qiyam nәticәsindә 11 nәfәr öldü

Papua Yeni Qvineyanın Laya şəhərində hәbsxanada baş vermiş qiyam nәticәsindә 11 mәhbus hәyatını itirib.

Bu barәdә "Channelnewsasia" saytı mәlumat yayıb. Sayt ölkәnin әn böyük ikinci şәhәrindә yerlәşәn Buimo hәbsxanasında 30-dan çox mәhkumun iki nәzarәtçiyә hücum etdiklәri barәdә xәbәr yayıb.

Xәbәrdә tәhlükәsizlik qüvvәlәrinin atәş açması nәticәsindә 11 mәhkumun öldüyü, 17-i nәfәrinsә yaralandığı bildirilib.

Qeyd edәk ki, 2009-cu ildә eyni hәbsxanada qiyam baş vermişdi vә qaçmağa çalışan 73 nәfәr saxlanmışdı.



Әlaqәli Xәbәrlәr