B.Obama ilə V. Putin atəşkəsin detallarından danışıblar

ABŞ və Rusiya ortaq açıqlama yayımlayaraq Suriyada atəşkəsin əldə olunması üçün razılaşdıqlarını bildiriblər.

437522
B.Obama ilə V. Putin atəşkəsin detallarından danışıblar

ABŞ və Rusiya ortaq açıqlama yayımlayaraq Suriyada atəşkəsin əldə olunması üçün razılaşdıqlarını bildiriblər.

Atəşkəs qǝrarı 27 fevral tarixindən etibarən başlayacaq.

Bu razılaşma terror təşkilatı DEAŞ, ƏL-Nusra cəbhəsi və BMT-nin terror təşkilatı olaraq qəbul etdiyi digər qruplaşmalara istiqamǝtli hücumları ǝhatǝ etmǝyǝcǝk.

ABŞ-ın Prezidenti Barak Obama ilə Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı atəşkəsin detallarını razılaşdırıblar.

Ağ evdən verilən açıqlamada bildirilir ki, Obamanın əsas məqsədi Suriyada dinc əhalinin öldürülməsinin qarşısını almaq, BMT-nin vasitəçiliyi ilə müzakirələrin başladılmasına dəstək vermək və DEAŞ terrorçularına qarşı bütün tərəflərin mübarizə aparmasına nail olmaqdır.

Bu arada ABŞ və Rusiyanın atǝşkǝslǝ bağlı razılıq əldə etməsi BMT tərəfindən də məmnunluqla qarşılanıb.

BMT-nin Baş Katibinin sözcüsü Stephane Dujarric atəşkəsi “Suriya xalqının uzun müddətdir gözlədiyi bir ümid işığı" olaraq gördüklərini bildirib.

Bu arada BMT İstintaq komissiyası Suriya haqda hesabatını açıqlayıb.

Hesabatda Suriyanın məhv olmanın bir addımlığında olduğu, bölgədə terror təşkilatı DEAŞ-ın və Əsədə sadiq qüvvələrin insanlara qarşı cinayətlər törətməkdə davam etdiyi qeyd olunaraq, Dünya ölkələrinə Suriyada savaşan qruplara silah verməmək və köməklik göstərməmək tövsiyyə olunur.

Sonda qeyd edək ki, Suriya Prezidenti Bəşǝr Əsǝd ölkədə parlament seçkilərinin 13 apreldə keçiriləcəyini açıqlayıb.

Məlumat üçün bildirək ki, Suriyada son dəfə 2012-ci ildə seçkilər keçirilib.



Әlaqәli Xәbәrlәr