Barak Obama Koreyaya qarşı yeni sanksiyaları tәsdiq edib

ABŞ prezidenti Barak Obama Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi nəzərdə tutan qanun layihәsini imzalayıb.

435626
Barak Obama Koreyaya qarşı yeni sanksiyaları tәsdiq edib

ABŞ prezidenti Barak Obama Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi nəzərdə tutan qanun layihәsini imzalayıb.

Bu qərar Şimali Koreyanın nüvə və raket proqramı ilə bağlı qəbul olunub.

ABŞ Konqresində ötən hәftә qəbul olunan yeni qanun layihәsi Obamanın imzası ilə qüvvəyə minib.

Bu qanun әsasında Şimali Koreyanın nüvə proqramı, insan hüquqları pozuntuları və kiber cinayətləri ilə mübarizə çərçivəsində daha sıx tədbirlərin görülmәsi nəzərdə tutulur.

Şimali Koreyaya tәdbiq olunan yeni sanksiyaların ölkə iqtisadiyyatına böyük zərər verə biləcəyini müdafiə edən Çin isə daha əvvəl bu cür sanksiyalara qarşı olduğunu açıqlamışdı.



Әlaqәli Xәbәrlәr