Aİ qaçqınların ölkələri arasında bölüşdürülməsinə fərqli baxır

Almaniya kansleri Angela Merkel Avropa İttifaqının (Aİ) sərhədlərinin qorunması üçün Türkiyə və Yunanıstana dəstək verilməsi lazım olduğunu söyləyib.

435165

Angela Merkel Almaniya Federal Məclisində etdiyi çıxışında Suriyada uçuşa qadağan neytral bölgə yaradılmasıyla bağlı danışıb.

Bu gün Brüsseldə olacaq Aİ Liderlər sammitində qaçqın problemi, terrorla mübarizə və vətəndaş müharibələrinin sona çatdırılması barədə diplomatik danışıqların aparılması yollarından danışılacaq.

Merkel bildirib ki, Suriyada uçuşa qadağan neytral bölgənin yaranarsa, vətəndaş müharibəsindən qaçan insanlar bu bölgədə özlərini çoxmillətli bir bölgədə yaşadıqlarını hiss edəcəklər, ölkələrini tərk etmək məcburiyyətində qalmayacaqlar və Türkiyəni də çətin vəziyyətdə qoymayacaqlar.

Türkiyədəki görüşlərdən ortaq qərarlara gəldiklərini deyən Merkel Kilis şəhərində türklərdən daha çox suriyalı qaçqının yaşadığını dilə gətirib.

Merkel qaçqınların səhiyyə, təhsil və digər sosial xidmətləri üçün Aİ-nin Türkiyəyə ödəməli 3 milyard avronun tənzimləməsi məsələlərinə də toxunub.

Әlaqәli Xәbәrlәr