‘‘Sentinel – 3A’’ peyki uğurla kosmosa buraxılıb
Avropa Kosmos Agentliyinin dünyanı müşahidə edəcək üçüncü tәdqiqat peyki ''Sentinel – 3A'' uğurla kosmosa buraxılıb.
Avropa Kosmos Agentliyinin dünyanı müşahidə edəcək üçüncü tәdqiqat peyki ''Sentinel – 3A'' uğurla kosmosa buraxılıb.
Rusiya Müdafiə Nazirliyindən verilәn açıqlamada, peyki daşıyan "Rokot" kosmik raketinin ölkənin şimalındakı Arhangelsk bölgəsində yerlәşәn Plesetsk kosmos bazasından yerli vaxtla saat 20:58-dә orbitә buraxıldığı bildirilib.
Açıqlamada hәmçinin ''Sentinel-3A'' tədqiqat peykinin yerdən 800 kilometr yüksəklikdəki orbitinə uğurla qurulduğu qeyd olunub.
Dəniz səthinin su temperaturunu, rəngini, hündürlüyünü və buz təbəqəsinin qalınlığını ölçәcәk olan ''Sentinel-3A'' peyki dünyadakı iqlim dəyişikliyi və okeanların araşdırılmasına töhfə verəcək.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.