Merkel Türkiyənin fikrini dəstəkləyib

Almaniya Kansleri Angela Merkel Türkiyənin Suriyada uçuşa qadağa qoyulmuş bölgənin yaradılması təklifinə müsbət cavab verib.

433359
Merkel Türkiyənin fikrini dəstəkləyib

Almaniya Kansleri Angela Merkel Türkiyənin Suriyada uçuşa qadağa qoyulmuş bölgənin yaradılması təklifinə müsbət cavab verib.

Almaniya Kansleri ölkəsində nəşr olunan bir qəzetə verdiyi açıqlamada belə bir bəyanatla çıxış edib.

Hazırki şǝrtlǝrdǝ savaşan tərəflərin hava hücumları həyata keçirə bilməyəcəyi bir ərazinin olmasının vacib olduğunu vurğulayan Kansler, belə bir bölgənin suriyalı qaçqınların xeyrinǝ olacağını düşündüyünü bildirib.

Qeyd edək ki, iki milyon suriyalı qaçqını ölkəsinə qəbul edən Türkiyə Suriya ilə sərhəddə evlərini tərk etməyə məcbur olan insanlar üçün təhlükəsiz bölgənin yaradılmasını təklif edir.



Әlaqәli Xәbәrlәr