Tayvanda iki gün sonra bir qadın xilas edilib

Tayvanın cənub hissəsində baş verən zəlzələ zamanı ölənlərin sayı 40-a yaxınlaşıb.

428733
Tayvanda iki gün sonra bir qadın xilas edilib

Tayvanın cənub hissəsində baş verən zəlzələ zamanı ölənlərin sayı 40-a yaxınlaşıb.

Tainan şǝhǝrindǝki 17 mǝrtǝbǝli binanın dağıntıları altından iki gün sonra bir qadın salamat xilas edilib.

Bölgǝdǝ ailǝ fǝrdlǝrinin bir araya gǝldiyi ǝn önǝmli ǝnǝnǝvi bayramlardan Çin Yeni İlindǝn bir gün ǝvvǝl baş verǝn zǝlzǝlǝ nǝticǝsindǝ bina dağıntılarının altından 170 nǝfǝr salamat xilas edilib. 100-dǝn artıq insanın taleyi haqqında isǝ hǝlǝlik mǝlumat yoxdur.

Tainan şǝhǝrindǝ 10 bina dağılıb, 5 binaya isǝ ciddi ziyan deyib.



Әlaqәli Xәbәrlәr