Şimali Koreadan yeni raket sınağı

Şimali Koreya şimal-qərbdəki kosmodromdan raket buraxılışı həyata keçirib.

428400
Şimali Koreadan yeni raket sınağı

KXDR-in orbitə müşahidə peyki buraxılması barədə bəyanatlar verməsinə baxmayaraq, dünyada Pxenyanın qitələrarası ballistik raketin sınaqdan keçirdiyi ehtimal olunur.

Cənubi Koreyanın “Renhap” agentliyinin məlumatına görə, Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyanın prezidenti Pak Kın Xe təcili iclas çağırıb.

Yaponiyanın baş naziri Sindzo Abe Pxenyanın uzaqmənzilli raketin buraxdığını bildirib.

ABŞ-ın Müdafiə Nazirliyi KXDR-in buraxdığı raketin trayektoriyasını nəzarətdə saxladığını və onun ABŞ və müttəfiqləri üçün təhlükə yaratmadığını qeyd edib.

Pentaqonun rəsmi nümayəndəsi vəziyyətin mütəxəssislər tərəfindən tam nəzarətə götürüldüyünü bildirib.


Etiketlәr: #Korea , #Pxenyan

Әlaqәli Xәbәrlәr