Zika virusu yayılmağa davam edir

23 ölkədə aşkar olunan Zika virusu xüsusilə, Cənubi Amerikada yayılmağa davam edir.

426921
Zika virusu  yayılmağa davam edir

Tropik Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean Adaları və Mərkəzi Amerika ölkələrindən hər keçən gün zika virusu ilə əlaqədar yeni xəbərlər gəlir.

Virus Cənubi Amerika ölkələrinə səfər edən turistlər vasitəsi ilə Amerika Birləşmiş Ştatlarına və Avropaya da gəldi.

Braziliya Səhiyyə Nazirliyi 3 min 718 olan hadisə sayının son bir həftə içində 4 min 74-ə yüksəldiyini açıqladı.

Cənubi Amerika ölkələri Honduras, Çili, Meksika və Nikaraquada həyəcan siqnalı verildi.

Virusun yayılmasının qarşısını almaq üçün ağcaqanadlarla mübarizə edilir, dezinseksiya işləri gücləndirilir, əhalinin məlumatlandırılması üçün proqramlar hazırlanır.

Bəzi ölkə rəsmiləri qadınlara hamilə qalmamağı tövsiyə edir.

Dünya Səhiyyə Təşkilatı zika virusunun çox qısa bir müddətdə bütün Cənubi Amerika, Asiya və Afrika ölkələrinə yayıla biləcəyini açıqladı.

Virusun erkən diaqnoz üsullarınin isə istənilən nəticəni verməyərək uğursuz olduğu bildirilir.

Bu arada Amerika Birləşmiş Ştatlarındakı ilk zika hadisəsi Texasda qeyd olundu.

Dallas ştatının səhiyyə xidmətləri Venesueladan gələn bir adama virusun cinsi yolla keçdiyi barədə məlumat verdi.

Qırmızı Xaç rəsmiləri də Cənubi Amerikanı ziyarət edən şəxslərin 28 gün keçmədən qan verməmələrini tələb etdilər.

İrlandiyada da ilk zika hadisəsi qeyd olundu.

Cənubi Amerikaya səfər edən 2 nəfərdə virus aşkar olundu.

Portuqaliyada da Braziliyaya səfər edən 5 nəfərin virusu daşıyıcısı olduğu müəyyən edildi.

Avropada İtaliya, İspaniya və Fransa kimi mülayim iqlimə malik bölgələr ilə Danimarka və İsveçrə kimi şimal ölkələrində virusun izinə rast gəldiyinə diqqət çəkən elm insanları, qitənin ehtimal olunan epidemiyanın təsirinə düşəcəyini bildirirlər.

Ağcaqanadlar vasitəsilə yayılan Zika virusunun hamilə qadınlara yoluxması halında dölün inkişafı əngəllənir və əqli çatışmazlıq riski yaranır.

Virusun yona yoluxan digər şəxslərə necə təsir etdiyi hələ də tam olaraq bilinmir.



Әlaqәli Xәbәrlәr