Vladimir Putin vəzifəsindən sui-istifadə etməkdə ittiham edilib

ABŞ Maliyyə Nazirliyi səlahiyyətlisi Adam Szubin BBC-nin “BBC Panaroma: Putinin Gizli Zənginliyi" adlı proqramda, Putinin də Kremldə olan korrupsiyada iştirak etdiyini bildirib.

424730
Vladimir Putin vəzifəsindən sui-istifadə etməkdə ittiham edilib

ABŞ Rusiya prezidenti Vladimir Putini vəzifəsindən sui-istifadə etməkdə ittiham edib.

ABŞ Maliyyə Nazirliyi səlahiyyətlisi Adam Szubin BBC-nin “BBC Panaroma: Putinin Gizli Zənginliyi" adlı proqramda, Putinin də Kremldə olan korrupsiyada iştirak etdiyini bildirib.

Amerika rəhbərliyinin Putinin vəzifəsindən sui-istifadə etdiyini uzun illərdir bildiyini də ifadə edən Szubin, 2007-ci ildə açıqlanan CİA hesabatında Rusiya liderinin sərvətinin 40 milyard dollar olması ilə bağlı suala dəqiq cavab verməsə də Putinin sərvətinin küllü miqdarda olduğunu bildirib.

ABŞ Maliyyə Nazirliyi səlahiyyətlisi “Uzun zamandır sərvətini ustalıqla gizlətməyi bacarır" deyə bildirib.

Qeyd edək ki, Amerika rəhbərliyi 2014-ci ildə Rusiyanın Krımı işğal etməsindən sonra Putinin yaxın ətrafındakıları korrupsiyada ittiham edərək sanksiya tətbiq etmək qərarı vermişdi.

Lakin Vaşinqton birbaşa Putini korrupsiyada ittiham etməkdən çəkinmişdi.

Bu açıqlamalara Kremldən cavab da gəlib.

Prezident Vladimir Putinin sözçüsü korrupsiya iddialarını təkzib edərək cəfəngiyat adlandırıb.



Әlaqәli Xәbәrlәr