Qərb ilə münasibətlər əvvəlki kimi olmayacaq

Bu sözləri Rusiya XİN rəhbəri illik mətbuat konfransında bildirib.

424848
Qərb ilə münasibətlər əvvəlki kimi olmayacaq

Rusiya XİN rəhbəri Sergey Lavrov ölkəsinin Suriyada hava əməliyyatlarına başmalasının bu ölkədəki vəziyyət üçün bir dönüş nöqtəsi olduğunu iddia edib.

Lavrov qərbin Rusiyaya qarşı təhlükəli siyasət yürütdüyünü də müdafiə edib.

İllik mətbuat konfransında çıxış edən Lavrov Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyanın Suriya böhranına daxil olma hüququndan istifadə etdiyini bildirib.

Rusiyanın müdaxiləsinin Suriya üçün bir dönüş nöqtəsi olduğunu ifadə edən Lavrov NATO-un Avropanın şimalındakı mövcudluğunu da tənqid edib.

Sergey Lavrov NATO-un Rusiya sərhədlərindəki mövcudluğunu hər ötən gün artırdığını və raketdən müdafiə sistemini quraraq Rusiyaya qarşı konstruktiv olmayan təhlükəli siyasət yürütdüyünü qeyd edib.

Qərb ilə münasibətlərin əvvəlki kimi olmayacağını bildirən Lavrov Gürcüstanı da tənqid edib. Lavrov terror təşkilatı DEAŞ-ın Gürcüstanda təlim düşərqəsinin olduğuna dair məlumat əldə etdiklərini iddia edib.

Ukrayna məsələsinə də toxunan Lavrov: ''Minsk sazişinə uymalıdırlar'' deyib.

İranın nüvə proqramı ilə bağlı inkişafları ilə yaxından maraqlandıqlarını ifadə edən Lavrov vəziyyətin normallaşmasından məmnun olduqlarını bildirib.



Әlaqәli Xәbәrlәr