NATO-nun Polşada hǝrbi tǝlimi

NATO Polşada “Patriot" hava hücumundan müdafiǝ komplekslǝri ilǝ hǝrbi tǝlim keçirdi.

423836
NATO-nun Polşada hǝrbi tǝlimi

NATO Polşada “Patriot" hava hücumundan müdafiǝ komplekslǝri ilǝ hǝrbi tǝlim keçirdi.

NATO-nun şǝrq qanadının havadan müdafiǝ sistemini güclǝndirmǝk mǝqsǝdi ilǝ Polşada “Patriot" hava hücumundan müdafiǝ komplekslǝri ilǝ hǝrbi tǝlim keçirib.

Ölkǝnin qǝrbindǝ keçirilǝn tǝlim üçün Amerika ǝsgǝrlǝri Almaniyadakı bazadan Polşaya gedib.

Polşa prezidenti Andrei Duda keçǝn hǝftǝ Rusiyaya qarşı mane ola bilmǝsi mǝqsǝdi ilǝ NATO-dan ölkǝsindǝki hǝrbi mövcudluğunu artırmasını istǝmişdi.

Rusiyanın Krımı ilhaq etmǝsindǝn sonra müdafiǝsinǝ daha çox ǝhǝmiyyǝt verǝn Polşa iyun ayında NATO zirvǝsinǝ ev sahibliyi edǝcǝk.

Varşava zirvǝdǝ NATO-nun şimal vǝ mǝrkǝzi Avropadakı mövcudluğunun güclǝndirilmǝsinǝ dair qǝrar qǝbul edilmǝsini istǝyir.

Polşa Soyuq Müharibǝ dövründǝ Varşava paktına üzv olduğu zamanda, 1999-cu ildǝ NATO-ya qoşuldu.

Polşa kimi Şǝrq Bloku ölkǝlǝrinin NATO-ya qǝbul edilmǝlǝri Rusiyanın reaksiyasına sǝbǝb olur.



Әlaqәli Xәbәrlәr