Rusiya prezidenti Vladimir Putin özünǝ nǝzarǝti tamamilǝ itirib

Putinin ənənəvi illik mətbuat konfransında Türkiyǝ ilǝ ǝlaqǝli mövzularda danışıq üslubu özündǝn çıxıb.

413471
Rusiya prezidenti Vladimir Putin özünǝ nǝzarǝti tamamilǝ itirib

Putinin ənənəvi illik mətbuat konfransında Türkiyǝ ilǝ ǝlaqǝli mövzularda danışıq üslubu özündǝn çıxıb.
24 noyabrda Türkiyǝnin hava mǝkanını pozan rus döyüş tǝyyǝrǝsinin düşürülmǝsinǝ toxunan Putin Türkiyǝnin bunu niyǝ etdiyini başa düşmǝdiyini irǝli sürüb.
Rusiyanın Suriyada hərbi mövcudluğunun gücləndirildiyini deyən Putin artıq bu ölkədə S-400 zenit-raket komplekslərinin yerləşdirildiyini bildirib: “Türkiyə əvvəllər Suriyanın hava məkanını tez-tez pozurdu, hünəri varsa indi də pozsun”.
“Ankaranın Suriya sərhədindəki maraqlarını mövcud əməkdaşlıq kanalları vasitəsi ilə müzakirə etmək üçün imkanları olsa da, təcrübə göstərir ki, bizim üçün anlaşmaq çətindir və yaxud da praktiki olaraq bu, mümkün deyil” deyǝ Vladimir Putin bildirib.
Putin deyib ki, orda Türkmǝnlǝrin olduğunu söylǝsǝydilǝr vurmazdıq. Türkiyǝ tǝyyarǝmizǝ xǝbǝrdarlıq etmǝdi. Nəyə lazım idi bunu etmək? Mǝn anlamıram.
Bu arada teatr sǝhnǝsini xatırladan mǝtbuat konfransında jurnalistǝr sual verǝ bilmǝk üçün qǝribǝ davranışlar nümayiş etdiriblǝr.
Rus liderin diqqǝtini çǝkmǝk istǝyǝn jurnalistlǝr Rusiyada populyar olan siyasi mǝzmunlu şüarlar yazılmış kağızlar göstǝrdikdǝ, bǝzilǝri zǝrbli çalğı çalıb, bǝzilǝri dǝ “hamilǝyǝm” deyǝ yazılar göstǝrib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr