Barak Obama ilə Reuven Rivlin ilə Ağ Evdə görüşüb

ABŞ prezidenti Barak Obama İsrail-Fələstin sülhünün yaxın zamanda qeyri-mümkün görünmədiyini ancaq bu istiqamətdə səy göstərməyə davam edilməsinin vacibliyini vurğulayıb.

405177
Barak Obama ilə Reuven Rivlin ilə Ağ Evdə görüşüb

Obama İsrail prezidenti Reuven Rivlin ilə Ağ Evdə görüşüb.
İsrail prezidentini qonaq etməkdən məmnunluq duyduğunu dilə gətirən Obama ölkəsinin İsrailin təhlükəsizliyinə dair verdiyi sözü bir daha dilə gətirib.
Barak Obama bunun xarici siyasətlərinin ən önəmli prinsiplərindən biri olduğunu qeyd edərək deyib ki, bölgədə təhriklərə son qoyulmalıdır. İsrail və Fələstin arasında sülh yaranması üçün bir dialoq mexanizminə ehtiyac var. Bu mərhələdə ciddi bir sülh prosesi uzaq görünsə də səylərimizi davam etdirməliyik.
İsrail prezidenti Rivlin də ölkəsinin ABŞ-dan daha böyük bir dostu olmadığını söyləyib.
Təkbətək görüş keçirən iki lider Vaşinqtonun İsrailə gələcək 10 ildə edəcəyi hərbi yardım paketini dəyərləndirib.
Liderlər terror təşkilatı DEAŞ-la mübarizə və Suriya məsələsi kimi regional mövzulardan danışıblar.
Obama və Rivlin Ağ Evdə yəhudilərin müqəddəs “Hanuka bayramı” üçün keçirilən tədbirə də qatılıblar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr