ABŞ İranın qərarlarından sübhələnir

Amerika Birləşmiş Ştatları İranın Birləşmiş Millətlər Təşkilatının qərarlarına zidd raket sınağı həyata keçirdiyindən şübhələnir.

404335
ABŞ İranın qərarlarından sübhələnir

ABŞ Dövlət Depatramentinin rəsmisi Con Kerbi İranın ötən ay ballistik raket sınaqları etdiyi istiqamətindəki iddiaların araşdırıldığını bildirib.
İddiaların ciddi olaraq nəzərdən keçirildiyini vurğulayan Kerbi bunun təsdiqlənəcəyi təqdirdə lazımi addımları atacaqlarını bildirib.
Sözü gedən məsələ Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəsi Samanta Poverin də gündəmindədir.
İranın raket sınaqlarına dair ciddi fikirlərinin olduğunu deyən Pover, iddiaların sübut edilməsi durumunda Təhlükəsizlik Şurasından uyğun bir cavab verilməsi üçün hərəkətə keçəcəklərini bildirib.
İran rəhbərliyi isə raket sınaqlarının Birləşmiş Millətlər Təşkilatının qərarlarına zidd olmadığı məsələsində israrlıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr