ABŞ Ukraynaya 190 milyon maliyyə yardımı ayıracaq

ABŞ vitse-prezidenti Cozef Bayden Ukraynaya 190 milyon maliyyə yardımı ayıracaqlarını söyləyib.

359897
ABŞ Ukraynaya 190 milyon maliyyə yardımı ayıracaq

ABŞ vitse-prezidenti Cozef Bayden Ukraynaya 190 milyon maliyyə yardımı ayıracaqlarını söyləyib.
Kiyevdə rəsmi səfərdə olan Cozef Bayden Ukrayna Dövlət başçısı Pyotr Poroşenko ilə görüşüb.
Görüşdən sonra birgə mətbuat konfransında çıxış edən Bayden ABŞ olaraq Ukraynaya dəstək üçün əlavə yardım edəcəklərini açıqlayıb.
Bayden “Bu 190 milyon dollarlıq yardım korrupsiya ilə mübarizə, daxili islahatlar, məhkəmə islahatları, xarici investisiyaları cəlb etmək və digər sahələrdə istifadə olunacaq” deyə bildirib.
Krımın Rusiya tərəfindən ərazisinin pozulmasını qəbul etməyəcəklərini vurğlayan Bayden, bunun beynəlxalq hüquqa zidd və qəbuledilməz olduğunu qeyd edib.
Cozef Bayden “Rusiya ölkənin şərqində üsyançılara dəstəyini dayandırıb, Minsk müqaviləsində nəzərdə tutulanları yerinə yetirməlidir” deyib.
Ukrayna prezidenti Pyotr Poroşenko da, Ukraynanın Suriyada terrorizmlə mübarizə çərçivəsində yaradılan beynəlxalq koalisiyaya maksimum səviyyədə dəstək verməyə hazır olduğunu söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr