Fransa Palmira yaxınlığındakı torpağını satır

Fransa Maliyyə Nazirliyi Suriyada terror təşkilatı DAEŞ-ın (İŞİD) idarəsi altında olan antik şəhər Palmira yaxınlığında yerləşən və Fransa dövlətinə məxsus torpağı satışa çıxardıqlarını ortaya qoyub.

401567
Fransa Palmira yaxınlığındakı torpağını satır

  Palmira yaxınlığındakı torpağın satışı Fransa Maliyyə Nazirliyinin 2016-cı ilin büdcəsilə bağlı ictimai xərclərlə bağlı hazırlanan qanun layihəsi zamanı, senatda komissiya müzakirələri vaxtı gündəmə gəlib.

  Büdcə kəsirlərini minimuma endirmək üçün Nazirlik gələn il Fransanın 930 daşınmaz əmlakını satmağı və bu satışlardan 500 milyon avro gəlir əldə edilməsini nəzərdə tutur. Amma hələlik Palmiradakı Fransa dövlətinə aid torpağın böyüklüyü, yeri və qiyməti barədə açıqlama verilməyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr