"Yolçu adının qeydiyyatı" – PNR ilə bağlı qərar

Brüsseldə keçirilən Avropa İttifaqı Ədliyyə və Daxili İşlər Şurası konfransında sərnişinlərin uçuş məlumatlarının paylaşılması barədə qərar verilib.

400742
"Yolçu adının qeydiyyatı" – PNR ilə bağlı qərar

  Yeni tətbiqə görə, artıq təyyarə yolçularının məlumatları terror və cinayətlərin müəyyən edilməsi, araşdırılması, qarşısının alınması və məhkəmədə istifadəsi məqsədilə açıq olacaq.

  Hava yolu şirkətləri Avropa İttifaqı daxilində edilən uçuşlarda da sərnişin məlumatlarını üzv ölkələrin səlahiyyətlilərinə qanuni olaraq ötürəcək.

  Avropa İttifaqının dövri sədri, Lüksemburqun Baş nazir yardımçısı Eten Şnayder (Etienne Schneider) müqavilənin əsas hüquq və azadlıqlara hörmət şəklində həyata keçiriləcəyini deyib.

  PNR razılaşmasının qüvvəyə minməsi üçün onun Avropa Parlamentində təsdiqlənməsi lazımdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr