"Avropa Bolqarıstandan nümunə götürməlidir", D.Kemeron

İngiltərə Baş naziri Devid Kemeron (David Cameron) şengen sərhədlərinin möhkəm qorunmasının ən yaxşı nümunəsi Bolqarıstan olduğunu söyləyib.

400734
"Avropa Bolqarıstandan nümunə götürməlidir", D.Kemeron

  Kemeron Sofiyaya səfərinin ikinci günü Bolqarıstan Baş naziri Boyko Borisovla görüşüb. Nazirlər sərhəd təhlükəsizlik məsələləri barədə danışaraq Orta Şərq və Şimali Afrikadan gələn köçün qarşısının alınması barədə müzakirələr aparıblar.

  İki Baş nazir Burqaz şəhərinə və Türkiyə ilə sərhəd Lesovo Gömrük Qapısına da gediblər.

  Kemeron qaçaq-immiqrant axınının qarşısının alınmasıyla bağlı Bolqarıstanın işlərini təqdir edib. “Avropanın xarici sərhədlərində dinclik lazımdır” deyən İngiltərə Baş naziri şengen sərhədlərinin qorunmasıyla bağlı Avropa dövlətlərinə Bolqarıstandan nümunə götürmələrini məsləhət görüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr