ATƏT-in XİN nazirləri şurasının 21-ci sessiyası başa çatıb

Serbiyanın paytaxtı Belqradda keçirilən ATƏT-in Xarici İşlər nazirləri şurasının 21-ci toplantısında əsasən Ukraynadakı böhran, terrorla mübarizə və qaçqın problemi müzakirə olunub.

358901
ATƏT-in XİN nazirləri şurasının 21-ci sessiyası başa çatıb

  Tədbirdə terrorizm, narkotika, qaçaqmalçılıqla mübarizə, eyni zamanda, gənclərlə bağlı təhlükəsizlik məsələləri ilə bağlı qətnamələr qəbul edilib.

  Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun da iştirak etdiyi nazirlər şurasının sessiyasında 44 Xarici İşlər naziri və 57 ATƏT-ə üzv ölkədən heyətlər qatılıb.

  Qeyd edək ki, Nazirlər Şurası ATƏT-in mərkəzi qərarverici orqanıdır. İldə bir dəfə ATƏT-ə üzv olan ölkələrin Xarici İşlər nazirləri ötən il ərzində təşkilatın fəaliyyətini müzakirə etmək və qiymətləndirmək üçün bir araya gəlir.

  Gələn il yanvarın 1-dən ATƏT-ə Almaniya sədrlik edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr