Con Kerri: "Suriya Türkiyə sərhədinin qalan hissəsi bağlanmalıdı

Con Kerri NATO xarici işlər nazirləri toplantısından sonra mətbuata açıqlama verib.

398100
Con Kerri: "Suriya Türkiyə sərhədinin qalan hissəsi bağlanmalıdı

ABŞ dövlət katibi Con Kerri Türkiyə ilə, Suriya sərhədinin DEAŞ-a qarşı tamamilə bağlanması üçün havadan və qurudan əməkdaşlıq mexanizmlərinin müzakirə edəcəklərini söyləyib.
Con Kerri NATO xarici işlər nazirləri toplantısından sonra mətbuata açıqlama verib.
Dövlət başçısı Rəcəp Tayyib Ərdoğan ilə Parisdəki BMT iqlim konfransı zamanı Suriya sərhədinin təhlükəsiz vəziyyətə gətirilməsini müzakirə etdiklərini xatırladan Kerri,
“Dövlət başçısı Rəcəp Tayyib Ərdoğan bu məsələyə tamamilə bağlıdır”
Bu nöqtədə DEAŞ-a qarşı sərhədlərin qalan hissəsinin də bağlanmasını zəmanət altına almaq üçün Türkiyənin koalisiyanın digər tərəfdaşları ilə işlərə davam edəcəyini vurğulayan Kerri,
“ABŞ və Türkiyə, Suriya-Türkiyə sərhədinin bağlanması üçün havadan və qurudan əməkdaşlıq etməsinə dair müşavirə keçirəcək” deyib.
Bu arada, İngiltərə, DEAŞ-a qarşı İraqda həyata keçirdiyi hava hücumlarını Suriyada da genişləndirmək istəyir. Digər tərəfdən Almaniya Suriyaya döyüş təyyarələrini göndərəcəyini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr