Çipras Orta Şərqə səfər etdi

Diqqətlərin vurulan Rusiya təyyarəsi və Paris hücumları üzərində mərkəzləşdiyi bir vaxtda Orta Şərqə əhəmiyyətli bir səfər təşkil olundu.

356165
Çipras Orta Şərqə səfər etdi

Yunanıstan Baş Naziri Aleksis Çipras Orta Şərq səfəri çərçivəsində dünən İsrailin Baş Naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbas ilə bir araya gəldi.

Çipras Fələstin Dövlət Başçısı Mahmud Abbas ilə görüşündə Fələstində omağın onun üçün bir şərəf olduğunu qeyd etdi.

Günahsız insanlara qarşı zorakılığın artdığı bir dövrdə Fələstinə səfər etdiyini vurğulayanYunanıstan Baş naziri regionda artan gərginlikdən narahat olduğunu ifadə etdi.

Çipras İsrail Fələstin müzakirələrinin yenidən başlaması üçün əllərindən gələni edəcəklərini dedi.

Mahmud Abbas da, İsrailin bütün sülh proseslərini sabotaj etdiyini və danışıqlara maraq göstərmədiyini bildirdi.

Abbas Avropa İttifaqının 1967-ci il sərhədləri çərçivəsində Fələstin Dövlətinin qurulması üçün rolunu artırmasını tələb etdi.

Mahmud Abbas Çiprasın dəvəti ilə 21 - 22 dekabr tarixlərində Afinaya gedəcək.

Çiprasın İsrail Baş Naziri Netanyahu ilə görüşündən mühüm nəticələr əldə olundu.

Görüşdə İsrail qazının Kipr və Yunanıstan üzərindən Avropaya ixrac edilməsi məsələsi müzakirə olundu.

Bu barədə Kipr Lideri Nikos Anastasiadisin də qatılacağı üçtərəfli sammitin yanvar ayında keçirilməsi qərarı alındı.

Yanvar ayındakı sammitin Avropa və Moskva tərəfindən də yaxından təqib edilməsi gözlənilir.

Moskva hazırda Türk axını layihəsi ilə qazını Qərbə nəql etməyə çalışır və bu layihənin iflasa uğramasını istəmir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr