DEAŞ nefti və Rusiya

Rusiya Prezidenti Vladimir Putin terror təşkilatı DEAŞ-ın neft satışı ilə Türkiyə arasında əlaqə qurmağa çalışsa da, vəziyyətin tam əksinə olduğu amerika rəhbərliyinin sənədlərində ortaya çıxdı.

355831
DEAŞ nefti və Rusiya

Amerika Birləşmiş Ştatları DEAŞ neftinə vasitəçilik edənlərin ruslar olduğunu müəyyən etdi.

ABŞ Xəzinə Nazirliyi Əsəd rejimini maliyyə dəstəyi ilə təmin və DEAŞ-ın neft satışına vasitəçilik etdikləri üçün aralarında rusların da olduğu 4 nəfər və 6 şirkəti qara siyahıya saldı.

Nazirliyin açıqlamasına görə, siyahıdakı George Haswani və sahibi olduğu şirkət Əsəd rejiminə DEAŞ-dan neft alınması ilə əlaqədar olaraq vasitəçilik edir.

Siyahıda adı olanlardan Mudalal Khuri Rusiyanın Financial Alliance Bankının İdarə Heyətinin Sədri və Əsəd rejiminin Rusiyadakı maliyyə işləri üzrə nümayəndəsidir.

Rusiya Federasiyasına daxil olan Kalmıkiya Respublikası və Ümumdünya Şahmat Federasiyasının keçmiş prezidenti Kirsan Ilyumzhinov isə siyahıya Financial Alliance Bankı başda olmaqla, Khurinin nəzarət etdiyi firmalarla əlaqələri olduğu üçün daxil edildi.

Cənubi Kipr mərkəzli Primax Məsləhət Şirkətinin Direktoru Nicos Nicolaou da yenə Khurinin nəzarət etdiyi firmalarla əlaqələri səbəbindən qara siyahıya salındı.

ABŞ keçən il də, terror təşkilatı DEAŞ-dan neft aldığı üçün Rusiyaya məxsus "Tempbank" bankına və bəzi iş adamlarına sanksiya tətbiq etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr