Bundeswehr rus qırıcısının Türk hava məkanını pozduğunu bildirdi

Moskva rəhbərliyinin təkziblərinə baxmayaraq çərşənbə axşamı günü vurulan Rusiya qırıcısının Türk hava məkanını pozduğu müxtəlif ölkələrl tərəfindən təsdiq olundu.

394046
Bundeswehr rus qırıcısının Türk hava məkanını pozduğunu bildirdi

Almaniya Silahlı Qüvvələrinə məxsus (Bundeswehr) gizli bir hesabatda vurulan SU-24 tipli Rusiya təyyarəsinin17 saniyə müddətində Türk hava məkanını pozduğu bildirildi.

Bild qəzetində çap olunan hesabata görə: " Hadisə günü Rusiya təyyarələri Türkiyə sərhədinə (10-15 kilometr) paralel uçuş həyata keçirdilər. Sonra Türkiyə hava məkanına 2-4 kilometr məsafədə daxil oldu və 17 saniyə müddətində  təhlükə yaradıldı".

Hesabatda: "Türkiyəyə məxsus F-16 döyüş reaktivləri Rusiya təyyarələrinə rəsmi xəbərdarlıqlar etdi.  Bu vəziyyət Amerikan mənbələri tərəfindən də təsdiq olundu" məlumatı vardır.

Qəzetdə yazılan xəbərdə təyyarənin Türkiyə hava məkanını pozduğuna dair alman orqanlarının əlində olan qrafik də verilir.

Hesabatda, eyni zamanda, vurulan Rusiya təyyarəsinin Suriya rejiminə qarşı mübarizə aparan müxalif qüvvələrə qarşı göndərildiyinin təxmin edildiyi ,ancaq Suriya rejiminə qarşı mübarizə edən bu qrupların DAEŞ ilə bir əlaqəsinin olmadığı, Rusiya tərəfindən dəstəklənən Əsəd rejiminə qarşı mübarizə etdikləri qeyd olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr