Ukrayna Rusiyaya hava məkanını bağladığını bildirib

Ukrayna baş naziri Arseniy Yatsenyuk ölkəsinin hava məkanını tranzit uçuşlar da daxil olmaqla Rusiyaya tamamilə bağlama qərarı aldığını açıqlayıb.

422419
Ukrayna Rusiyaya hava məkanını bağladığını bildirib

Ukrayna baş naziri Nazirlər Şurasının yığıncağında etdiyi çıxışda bildirib ki, daha əvvəl rus hava yolu şirkətlərinin Ukraynaya uçuşları qadağan edilmişdi. Rusiya tərəfinin Ukraynaya qarşı yük və tranzit uçuş qadağasına son qoymasını gözləyirik.

"Amma Rusiya hər zaman olduğu kimi Ukrayna tərəfinin şərtlərini qəbul etmədi. Bu səbəbdən belə bir qərara gəldik" deyə Yatsenyuk deyib. 

Ukrayna baş naziri ayrıca 25 noyabr günündən etibarən Ukraynanın Rusiyadan təbii qaz satın alınmasını dayandırma təlimatı verdiyini də bildirib. O deyib ki, onlar bunu qarışdırır. Onlar bizə vermir deyil, biz onlardan qaz almırıq. Ukraynanın Avropadan daha uyğun qiymətə qaz aldığını qeyd edən Yatsenyuk ölkəsinin qaz istehlakını 20 faiz azaltdığını bildirib.

Ukrayna baş naziri ölkəsinin enerjidə xaricə asılılığının sona çatdırılmasının 10 il ərzində mümkün ola biləcəyini sözlərinə əlavə edib.









Etiketlәr:

Әlaqәli Xәbәrlәr