Angela Merkel: "Fransanın tərəfindəyik. Tez bir zamanda hərəkətə

Fransa prezidenti Fransua Olland Almaniyanın DEAŞ-la mübarizədə daha təsirli rol götürmǝsini istəyib.

422537
Angela Merkel: "Fransanın tərəfindəyik. Tez bir zamanda hərəkətə

Ötən gün “Yelisey” sarayında axşam yeməyindən sonra Fransua Olland və Almaniya kansleri Angela Merkel birgə açıqlama verib.
Olland terrorla mübarizənin sadəcə Fransa, Almaniya yaxud Avropada aparılmayacağını, eyni zamanda İraq və Suriyada DEAŞ-la mübarizədə daha çox addımlar atılmasını istəyib.
Angela Merkel də Parisdəki hücumların yalnız Fransaya edilmədiyini, eyni zamanda Avropanın və demokratik dəyərlərin hədəf alındığını söyləyib.
Merkel, “Fransanın tərəfindəyik. Tez bir zamanda hərəkətə keçəcəyik” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr