Obama Hollande ilə görüşdü

ABŞ dövlət başçısı Barak Obama “Su-24” döyüş təyyarəsinin vurulması ilə bağlı hər bir ölkə kimi Türkiyənin də öz torpaqlarını və hava sahəsini müdafiə etmək haqqı olduğunu deyib.

421940
Obama  Hollande ilə  görüşdü

Obama Fransa prezidenti Fransua Ollandla Ağ evdə keçirdiyi görüşdən sonra keçirdiyi mətbuat konfransında hadisənin detalları haqqında məlumat almağa çalışdıqlarını söyləyib.
Obama, “Vacib olan o dur ki, həm Türkiyə, həm də Rusiyanın dǝqiq olaraq nə baş verdiyini ortaya çıxarmaq üçün bir-birləri ilə danışıqlarını təmin etmək vǝ gərginliyin artmasının qarşısını almaqdır” deyib.
“Bu hadisə onu göstərir ki, Rusiyanın Suriyadakı hava əməliyyatları problem yaratmaqda davam edir” deyən Obama Rusiyanın Türkiyə sərhədində təşkil etdiyi bombardmanın Suriyadakı müxalifətǝ zərər verərək Əsəd rejimini dəstəklədiyini bildirib.
Obama, “Suriyada siyasi danışıqlar ilə bağlı nə qədər tez razılıq əldə olunarsa, təyyarənin vurulması kimi hadisələr də bir o qədər azalar” deyib.
Fransua Olland isə təyyarənin vurulması ilə bağlı gərginliklərin qarşısının alınmasının vacibliyini dilǝ gǝtirib.
NATO-nun verəcəyi qərarın gözlənilməsi mǝsǝlǝsinǝ dǝ toxunan Olland, əsas məqsədin “terrora və DEAŞ-a qarşı mübarizə aparmaq” olduğunu qeyd edib.
Hər iki lider Paris hücumları, miqrant problemi və Suriyada baş verən digər hadisələrlə bağlı məlumatların paylaşılacağını söyləyib.
Obama “Paris hücumları yalnız Fransaya qarşı deyil bütün dünyaya qarşı edilib” deyərək terror təşkilatı DEAŞ-ın hər kəs üçün böyük təhdid yaratdığnı vurğulayıb.
Terroristlərin Avropaya keçməsinin qarşısının alınması üçün Türkiyə-Suriya sərhədinin bağlanmasının lazım olduğunu bildirən Olland, miqrant problemi ilə bağlı Türkiyə ilə birgə həll yollarının axtarlmasının vacibliyini qeyd edib.
Olland Suriya və İraqda bombardımanın artırılması məsələsində Obama ilə razılığa gəldiklərini ifadə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr