Serbiya Baş Naziri immiqrantlar haqqında danışdı

Serbiyanın Baş Naziri Aleksandr Vucic Sloveniya, Xorvatiya və Macarıstan kimi ölkələrin immiqrantları qəbul etmədiyi təqdirdə Serbiyanın da bunu etməyəcəyini söylədi.

420501
Serbiya Baş Naziri immiqrantlar haqqında danışdı

Aleksandar Vucic mövzuilə əlaqədar açıqlamalarını Avropa Şurasının sədri Donald Tuskun Serbiya görüşləri əsnasında verdi.
Tusk Serbiya baş naziri Aleksandar Vucic ilə Belqradda görüşdü.
Görüşdən sonra keçirilən ortaq mətbuat konfransında Serbiya baş naziri:" Əgər Sloveniya, Xorvatiya və Macarıstan immiqrantları qəbul etməyəcəksə, Serbiya da onları qəbul etməyəcək" deyə danışdı.
Vucic Serbiyanın öz dövlət və milli maraqlarını qoruyacaq gücə sahib olduğunu ifadə edərək, sərhədlərinə tikanlı məftil çəkməyəcəklərini qeyd etdi.
Avropa İttifaqı Şurasının prezidenti Tusk da, Serbiyanın immiqrant böhranının bir hissəsi olduğunu söylədi.
"Sərhədlərinizdən minlərlə insan keçir, bu davam edilə biləcək bir vəziyyət deyil" deyə danışan Tusk böhranın həlli üçün daha əhatəli yanaşmalara ehtiyac olduğunu vurğuladı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr