Rusiyada 10 DEAŞ üzvü öldürülüb

Rusiya Milli Antiterror Komitəsi əməliyyatın davam etdiyini açıqlayıb.

420745
Rusiyada 10 DEAŞ üzvü öldürülüb

Rusiya hüquq-mühafizə orqanlarının noyabrın 22-də Kabarda-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində 10 silahlı öldürülüb.

Öldürülənlər DEAŞ terror təşkilatının üzvləridir.
Onların kimliyi müəyyənləşdirilir.
Xəbər verilir ki, noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı 10 DEAŞ üzvünü məhv ediblər.
Rusiya Milli Antiterror Komitəsi əməliyyatın davam etdiyini açıqlayıb.
Qeyd edək ki, noyabrın 10-da Nalçikdə DEAŞ-ın yerli özəyinin başçısı Robert Zankişiyev hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr