Kanadaya ilk qaçqın karvanı dekabrın 1-də çatacaq

Kanada Baş Naziri Justin Trudeaunun seçki kampaniyasında vəd etdiyi yeni ilə qədər 25.000 Suriyalı qaçqını yerləşdirmə məsələsi ilə əlaqədar hökumət fəaliyyətə başladı.

419988
Kanadaya ilk qaçqın karvanı dekabrın 1-də çatacaq

Kanada Səhiyyə Naziri Ceyn Philpottun rəhbərliyi altında yaradılan Qaçqın Komitəsi  ilk karvanın dekabrın 1-də Kanadada olmasına qərar verdi. Buna görə, 1 dekabr tarixindən etibarən, gündə 900 mühacir Toronto və Montreal Hava Limanlarına gəlməyə başlayacaq.

Hökumətin "Suriyalı Qaçqın Əməliyyatı" adını verdiyi qaçqın transferi, Livan, İordaniya və Türkiyədən həyata keçiriləcək.

Birləşmiş Millətlər Təşkilatına tabe olan qurumlar, Kanada Sərhəd Təhlükəsizliyi Agentliyi, Kanada Gizli Xidməti və digər əlaqədar təşkilatlar tərəfindən biometrik məlumatları alınan qaçqınlardan hər həftə 6.300 nəfəri Kanadaya gətiriləcək. Beləliklə, yeni ilə qədər 25.000 suriyalı qaçqınının Kanadaya yerləşdirilməsinin başa çatdırılması məqsədi güdülür.

Kanadaya hərbi və mülki təyyarələrlə gətiriləcək qaçqınlar ilk mərhələdə Ontario və Quebec əyalətlərindəki hərbi bazalara yerləşdiriləcəklər. Burada təhlükəsizlik yoxlanışı və səhiyyə nəzarətindən keçiriləcək qaçaənlara yaşama icazələri veriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr