"Suriyada uçuşa qadağa bölgələr yaradılmalıdır"

Klinton: “Bəşər Əsəd terrorçuların qətlə yetirdiyindən daha çox suriyalı öldürüb”.

419448
"Suriyada uçuşa qadağa bölgələr yaradılmalıdır"

Klinton: “Bəşər Əsəd terrorçuların qətlə yetirdiyindən daha çox suriyalı öldürüb”.
ABŞ-ın keçmiş prezidenti Klinton Bəşər Əsədin hava hücumlarında dinc sakinləri və müxalifəti qətlə yetirməsinə son qoyacaq uçuşa qadağa bölgələr yaradılmasının vacibliyini bildirib.
Klinton Nyu -York fikir quruluşu xarici əlaqələr komitəsində etdiyi çıxışında DEAŞ ilə mübarizə və Suriyadakı vətəndaş müharibəsinin sona çatdırılması istiqamətindəki strategiyasını açıqlayıb.
Suriyada DEAŞ ilə mübarizə aparmağın qarşısında böyük maneələrdən birinin sünni müxaliflərin Əsəd ilə döyüşməyə qarşılıq verməsi olduğunu bildirən Klinton, bunun başa düşülən olduğunu ifadə edərək, “Xatırlamalıyıq ki, Bəşər Əsəd bu günədək terrorçuların qətlə yetirdiyindən daha çox suriyalı öldürüb” deyə bildirib.
“Dəstəyimizi ərəb və avropalılarla birgə davam etdirməliyik. Döyüşə qatıla biləcək xüsusi qüvvələr də dəstəklənməlidir. Bundan başqa Əsədin hava hücumlarında dinc sakinləri və müxalifəti qətlə yetirməsinə son qoyacaq uçuşa qadağa bölgələr yaradılması ilə bağlı işlər görməliyik” deyə Klinton bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr