Fransua Olland Obama ilə telefonla danışıb

Fransa prezidenti noyabrın 24-də Vaşinqtona səfər edəcək.

367424
Fransua Olland Obama ilə telefonla danışıb

Fransa prezidenti noyabrın 24-də Vaşinqtona səfər edəcək.
ABŞ prezidenti barak Obama və fransalı həmkarı Fransua Olland, aralarında keçirilən telefon danışığında DEAŞ terror qruplaşmasını məhv etmək niyyətində olduqlarını bəyan ediblər.
Ağ evdən verilən məlumata görə, Cənubi Asiya turu çərçivəsində Fillipində olan Obama, ötən həftə Parisdə baş verən hücumlardan sonra başladılan istintaqın işləri ilə bağlı söhbət edib. Fransua Ollanda bir daha Amerika xalqı adından baş sağlığı verib.

Qeyd edək ki, Fransa prezidenti yaxın günlərdə Vaşinqtona, sonra isə Moskvaya səfər edəcəyini bildirib. O, Barak Obama və Vladimir Putinlə görüşərək səylərin birləşdirilməsi məsələsini müzakirə edəcək.

Vaşinqtonda Obama və Olland Suriyada münaqişənin nizamlanması yollarını və DEAŞ-la mübarizədə gələcək addımları müzakirə edəcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr